Bunu sürmək üçün hansı kateqoriya sürücülük vəsiqəsi lazımdır? - DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nəqliyyat vasitəsini idarə etmək hüququ ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu nəqliyyat tərkibini idarə etmək üçün hansı kateqoriya sürücülük vəsiqəsi lazımdır?
a) “C” və ya “CE” kateqoriyası;
b) Yalnız “CE” kateqoriyası;
c) Yalnız “E” kateqoriyası.
Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinin IV hissəsinin 7-ci bəndinə əsasən, “CE” kateqoriya sürücülük vəsiqəsi qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək hüququ verir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu nəqliyyat tərkibini idarə etmək üçün “CE” kateqoriya sürücülük vəsiqəsi lazımdır.
Suala ilk doğru cavabı Raqif adlı oxucumuz verib. Onu təbrik edirik.
Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












