Burada məcburi dayanmış sürücü qaydaları pozurmu? - DOĞRU CAVAB

Yarışma 9 İyun 2017 16:12 Oxunub 3225
Burada məcburi dayanmış sürücü qaydaları pozurmu? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual dayanma və durma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Avtomagistral olmayan bu yolda texniki nasazlıq səbəbindən məcburi dayanmış sürücü qaydaları pozurmu?

a)  Avtomobilini yolun asfalt örtüklü hissəsindən tam kənara çıxarmadığına görə pozur;

b) Qəza dayanma nişanı qoymayıbsa, pozur;

c) Pozmur.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 55-cı maddəsinin II hissəsinə uyğun olaraq, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır.  Sürücünün məcburi dayanma etdiyi yer dayanmanın qadağan edilmədiyi sahədə yol çiynidir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Avtomagistral olmayan bu yolda texniki nasazlıq səbəbindən məcburi dayanmış sürücü qaydaları pozmur.

Suala ilk doğru cavabı Raqif adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

undefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh