"Əjdaha" ilə döyüş bitdi – İnanılmaz nəticə ilə o maşını tərk etdi – VİDEO

ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.
BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar reper Elşad Xoseni SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən Elşad Xose Raufun dünəndən yarım qalan mübarizəsini davam etdirəcəyini bildirib. Yəni qazanacağı təqdirdə aktrisa Mehriban Xanlarovanı şoudan uzaqlaşdıracağını bəyan edib.
"Mənim hədəfim Talıb ola bilməz. Çünki o burada ən düz oynayan içtirakçıdı. İlkin yerlimdi, o olmasa mənim üçün darıxdırıcı olar. Vüsalə Əlizadə öz oyununu gözəl göstərdi. Çalışır qalmaqaldan uzaq olsun. Vüsalə Kərimova isə mənim müttəfiqimdi, ən sözə baxan şagirdlərdəndi. Özünü pis aparanlara da bu gün 2 qoyulacaq", - deyə hədəfinin dəqiq olduğunu bildirib.
Xatun isə özünün hədəf olduğunu ehtimal edib. “Bu gün də təklif olundu ki, bu cavan oğlan çıxsın və Mehriban xanımla oynasın. Məncə bu cavan oğlan fikrini dəyişib məni vuracaq. Ona görə də tamaşaçılarımdan Elşadın getməsinə səs istəyirəm”.
Xose isə fikrini dəyişməyəcəyini bildirib.
Tamaşaçıların 74,82 faiz səs toplayan Elşad Xose oyundan iki nəfəri uzaqlaşdırmaq üçün hiyləyə əl atıb. “Kim Mehriban xanımın əvəzinə özünü qurban vermək istəyir”, - deyə iştirakçılara müraciət edib. Xatun özünü qurban vermək istəsə də, Murad Dadaşov bunun Mehriban xanımı xilas etməyəcəyini, əksinə Elşada iki nəfəri uzaqlaşdırmaq şansı qazandıracağını xatırladıb.
...Və nəhayət Elşad qərarını açıqlayıb. Mehriban xanımın adını çəkərək – şounun “Əjdaha”sı ilə mübarizədə ötən gün məğlub olan Rauf Əhmədova da salam göndərib. Beləliklə maşın Mehriban Xanlarova üçün əldən getdi.
Orxan
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi








