F-1-in “start qızları” etiraz edir: Çörəyimizi əlimizdən aldılar

Məlum olduğu kimi, Formula-1 rəhbərliyi bundan sonra avtopilotları yarış meydanına müşayiət edən “grid-girls”, yəni “start qızları”nın xidmətlərindən yararlanmamaq qərarına gəlib. Onillər ərzində mövcud olmuş ənənəni femministlər “istismar”a bərabər tutub; ittihamlardan sonra Formula-1 direktoru Şon Bratçes bu ənənənin “brendin dəyərlərinə və müasir sosial normalara” zidd olduğunu bəyan etmişdi.
“Ferrari” pilotu Sebastyan Fettel bunun cəfəngiyyat olduğunu söyləyib. Çempionatın keçmiş rəhbəri Berni Eklstoun və “Mercedes”in direktoru Niki Laud da onunla bu məsələdə həmrəydir. “Start qızları” feministlərin bu yolla qadın haqlarının müdafiəsinə qalxmasını pisləyib.
Britaniyalı model Loren Ceyd Poup “grid-girls” təcrübəsinin ləğv olunması qərarını belə şərh edib:
“Feministlər çörəyimizi əlimizdən aldı. Uzun illərdir ki, “start qızı”yam, bu vəzifəni yerinə yetirən zaman heç vaxt diskomfort hiss etməmişəm. Öz işimi sevirəm. Belə olmasaydı, bu işlə məşğul olmazdım. Heç kim bizi buna məcbur etmir. Bu, öz seçimimizdir”.
“Özümə bu sualı verirəm, feministlər, həqiqətənmi, digər qadınların qeydinə qalır, yoxsa bu, paxıllıqdan irəli gəlir?”, - deyə başqa bir start qızı Oliviya rouz Hayvard gileylənib. “Grid-girl” Rebekka Kuper isə öz işini sevdiyini və iş başında olan zaman təhqirlər və kişilər tərəfindən nalayiq hərəkətlərlə qarşılaşmadığını deyir.
“Labüd hadisə baş verdi. “Grid-girls” ləğv olundu. Başqa qadınların haqları uğrunda mübarizə apardığını iddia edən qadının başqasının başına ağıl qoyması, bizə sevdiyimiz, qürur duyduğumuz işimizi görməyə imkan verməməsi çox gülüncdür”, - deyə model bildirib.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi










