Formula-1: "Abşeron, Bulvar və Xəzər tribunaları quraşdırılır"

Formula-1 Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir. Bu gündən Abşeron, Bulvar və Xəzər tribunalarının quraşdırılmasına başlanılıb. Avtosfer.az xəbər verir ki, bunu "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai azərtac-a məxsusi müsahibəsində deyib. N.Arpadarai bildirib ki, hazırda pit-binasında tikinti işləri tam sürətlə aparılır. Bununla yanaşı, Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri görülür. Trekin Xaqani küçəsi, Bülbül prospekti və Zərifə Əliyeva küçəsindən keçən hissəsində baryerlər quraşdırılıb. "Bu gündən etibarən Abşeron, Bulvar və Xəzər tribunalarının quraşdırılmasına başlanılıb. Bu tribunaların quraşıdırılması bir ay ərzində davam edəcək. Gələn ay isə digər tribunaların və təhlükəsizlik baryerlərinin quraşdırılması işləri yekunlaşacaq. Bu il trekin keçdiyi yollarda yeni asfalt qatı salınmayacaq. Niyazi küçəsindəki qəmbər daşları ilə örtülü yol isə asfaltlanacaq. Tikinti işlərinin əksəriyyəti gecə saatlarında aparılır. Bu il demək olar ki, tikinti işləri ilə bağlı hər hansı yol bağlanmayacaq”, deyə N.Arpadarai qeyd edib.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












