"Formula 1 ağır dövrünü yaşayır"

"Formula 1 indi ağır zamanlarını yaşayır". Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bunu şirkətinin prezidenti Berni Ekklstoun bildirib. "The Dail Mail"in yazdığına görə, o, özü yarışa baxmaq üçün pul ödəməyəcəyini deyib. “Mənə iş lazım deyil. Pul da lazım deyil. İştirakçıların çoxusu ancaq qısamüddətli perespektivlər haqqında düşünürlər. Uzunmüddətli inkişaf bir çoxları üçün 2-3 yarış olur. Nəticədə Formula 1 hazırda tarixinin ən pis dönəmini yaşayır. Mən ailəmi yarışlara aparmaq üçün heç vaxt pul ödəmərəm”.
Berni Ekklstoun 1974-ci ildən şirkətin prezidentidir. 2015-ci ildə 85 yaşı tamam olan məhz bu britaniyalı Formula-1-i milyardlarla dollar qazanc əldə edən uğuru kommersiya layihəsinə çevirib.
Formuıla 1 ötən il 2 milyard dollar gəlir əldə edib. Formula 1 bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də, bir çox hallarda Formula-1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar.
Əlavə edək ki, 2016-cı il Formula 1 Avropa Qran-Prisinin 17-18-19 iyunda Bakıda keçirilməsi nəzərdə tutulub.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












