Formula-1 Avropa Qran Prisinin adı Azərbaycana uyğunlaşdırılır

Formula-1 Avropa Qran Prisinin adını dəyişdirərək Formula-1 Azərbaycan Qran Prisi etmək nəzərdə tutulur. Avtosfer.az xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.N.Arpadarai bildirib ki, bununla bağlı Formula-1 rəhbərliyinə müraciət olunub: “Formula-1 rəhbərliyindən hər hansı bir etiraz olmayıb. Ümid edirik ki, növbəti yarışlar Azərbaycan Qran Prisi adı altında keçiriləcək”. N.Arpadarai yarışın adının dəyişdirilməsinin səbəblərini də açıqlayıb: “Ölkəmizdə ilk dəfə keçirilən Formula-1 yarışını Avropa Qran Prisi adlandırmaqda məqsədimiz Bakı yarışını bu idmanın ənənəvi mərkəzi və azarkeşləri ilə yaxınlaşdırmaq, eyni zamanda Bakı şəhərinin sahib olduğu bir çox Avropa dəyərlərini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Müxtəlif ölkələrdən olan milyonlarla azarkeşin qarşısında paytaxtımızda ilk dəfə Formula-1 yarışını uğurla keçirdikdən sonra biz hesab edirik ki, bu yarışın adını artıq öz ölkəmiz ilə əlaqələndirməyin tam vaxtıdır. İnanırıq ki, növbəti ildən etibarən Bakıda keçiriləcək yarış Formula-1 Azərbaycan Qran Prisi adlandırılacaq”.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












