Formula 1: Azərbaycan Qran-prisində 3 pilot mübarizəni dayandırıb

"Formula-1" üzrə Azərbaycan Qran-prisində 3 pilot mübarizəni dayandırıb.
Avtosfer.az-ın məlumatına görə, Colion Palmer (Renault), Daniel Kvyat (Toro Roso) və Maks Ferstappen (Red Bull) yarışı erkən başa vurublar.
C.Palmerin idarə etdiyi boliddə tüstü çıxdığı, M.Ferstappenin maşının isə mühərrikində problem yarandığı üçün hər iki pilot pit-leynə gələrək, yarışı davam etdirə bilməyiblər.
Daniel Kvyat isə 12-ci döngədə “Red Bull” bolidinin mühərrikində nasazlıq üzə çıxdığına görə dayanıb. Onun maşını trassdan təxliyyə olunub.
Qeyd edək ki, iyunun 24-də sonuncu sərbəst yürüş zamanı Colion Palmerin idarə etdiyi bolid yanıb. Marşalların köməyi ilə alov söndürülsə də, britaniyalı sürücü çıxışını dayandırıb. Nəticədə o, sıralama turuna qatıla bilməyib.
C. Palmerin bolidi iyunun 24-də keçirilmiş sərbəst yürüş zamanı səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb. Pilot maşını tərk etdikdən sonra əraziyə cəlb olunan kran onu oradan götürüb.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












