Formula 1 Azərbaycan Qran Prisinə biletlər əsasən xarici ölkələrdən alınır

“2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışları uğurla davam edir və deyə bilərəm ki, növbəti yarışmaya maraq daha böyükdür". Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, bu il də biletlərə endirim kampaniyası keçirilmişdi: “Qarşıdakı yarışa biletlər üçün də endirim kampaniyası keçirilir, ancaq görürük ki, növbəti yarışa maraq daha çoxdur. Biletlər hələ ki əsasən xarici ölkələrdən alınır”.
O qeyd edib ki, yarışa marağn artması gözlənilən indi: “Çünki builki yarışımız çox yaxşı keçmişdi və Bakı yarışını gözləyənlər çox idi”.
Şöbə rəhbəri bildirib ki, Əbu Dabidə təşkil ediləcək Qran Piri zamanı xarici jurnalistlərə görüş keçiriləcək: “Yəni təbliğatımız davam edir. İnanırıq ki, bundan sonra maraq daha da artacaq”.
Qeyd edək ki, 2018-ci ildə keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına noyabrın 6-dan start verilib.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












