Formula 1: "Bakı Şəhər Halqasına bir sıra dəyişiklik edilib"

Formula 1 üzrə Azərbaycan Qran Prisi öncəsi Bakı Şəhər Halqasında (BŞH) bir sıra dəyişikliklər edilib. Təşkilatçı qurumdan Avtosfer.az-a verilən məlumata görə, ilk olaraq əlavə məsafə yaratmaqla bolidlərin rahat hərəkəti təmin etmək üçün 1, 2, 3, 5, 8 və 15-ci döngələrin kənarlarında quraşdırılmış baryerlər arxaya çəkilib. Eyni zamanda 1, 3, 5, 7, 8 və 15-ci döngələrdə olan təhlükəsizlik baryerlərinə yeni baryerlər əlavə edilərək həmin hissələrdə təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Bununla yanaşı, 1-ci döngənin çıxışında, 3 və 5-ci döngələrin apekslərində və treklə pit yolunu ayıran hissədə asfalt örtüyünə bərkidilmiş kerblər (qabırğa şəkilli bordürlar) çıxarılıb, əvəzində həmin yerlər müvafiq qaydada rənglənib. Trekdən bolidlərin tezliklə çıxarılması üçün 7-ci döngədən əvvəl solda və 18-ci döngənin sağ tərəfində yeni qapılar qoyulub. Bundan əlavə, tam inşa olunduqdan sonra trekdə nəqliyyatın rahat və sürətli hərəkətini təmin etmək üçün trekin müxtəlif yerlərinə bir hissəsi betondan olan qapılar quraşdırılıb. Nəhayət, 13 və 19-cu döngələrin kənarlarında olan təhlükəsizlik baryerlərinin olduğu hissə əlavə baryerlər qoyularaq 34 metr genişləndirilib. Qeyd edək ki, trekdə iki DRS zonası var. DRS göstərən nişanlardan biri ikinci sektora yerləşdirilib və 2-ci döngədən 54 metr sonra aktivləşdirilir. o biri isə 20-ci döngənin apeksinə quraşdırılıb və 20-ci döngədən 347 metr sonra aktivləşdirilir.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












