“Formula-1” çempionatının Şirvan yarışının qalibi müəyyənləşib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında keçirilən simulyatorda “Formula-1” çempionatının Şirvan yarışının qalibi müəyyənləşib. "Report" xəbər verir ki, Şirvan şəhərinin 18 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi Gülağa Abdullayev Bakı Şəhər Halqasını 1 dəqiqə 50 saniyəyə dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə əldə edib. Yarışda şəhərdəki bütün tam orta məktəblərin 9 - 11-ci siniflərindən olan 200-dək şagird gərgin mübarizə aparıb.
İndiyədək keçirilmiş yarışlarda ən sürətli nəticə 1 dəqiqə 49 saniyə ilə Lənkəran şəhər 10 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi Azər Məmmədliyə məxsusdur.
Qeyd edək ki, Şirvanda təşkil olunan ikigünlük tədbirin ilk günündə “Formula-1” simulyatorları şəhər sakinlərinin xidmətində olub. Həmçinin həmin gün şəhər məktəblərinin yuxarı sinif şagirdləri yol hərəkətinin təhlükəsizliyi qaydaları haqqında AAF-ın mütəxəssisləri tərəfindən keçirilən seminarlarda iştirak edərək müvafiq sertifikat əldə ediblər.
Çempionatla əlaqədar növbəti yarış Füzuli rayonunda keçiriləcək. Fevralın 28-də “Formula-1” simulyatorları rayon sakinlərinin istifadəsinə veriləcək və eyni anda yuxarı sinif şagirdlərinə AAF-ın mütəxəssisləri tərəfindən təlimlər veriləcək, martın 1-də isə təlimdə iştirak etmiş şagirdlər arasında yarış baş tutacaq. Çempionatın digər yarışları isə martın əvvəllərində ardıcıllıqla Mingəçevir, Qax və Qubada keçiriləcək. Yarış regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” devizi altında keçirilir.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi










