Formula 1-də 30 min bilet satılıb

Formula 1 Azərbaycan Qran Prisində satışa çıxarılan 30 min biletin hamısı satılıb. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, bu dəfə xarici vətəndaşlar tərəfindən alınan biletlərin sayı ötən illə müqayisədə iki dəfə çox idi. Onun sözlərinə görə, tribunalar 97 faiz dolub: “16 sektordan 6-sı tam dolu idi, qalanları isə 97 faiz dolu idi”. N.Arpadarai əlavə edib ki, ümumilikdə həm yarışlarda, həm də konsert proqramlarında 71 mindən artıq tamaşaçı iştirak edib. Bu da keçən illə müqayisədə 30 faizdən çoxdur. Şöbə rəhbəri vurğulayıb ki, yarışlardan gözləntilər özünü doğruldub: “Həm yarışın təşkilatçılığı, həm tamaşaçıların iştirakı, həm də xarici qonaqların gəlişi ilə bağlı gözləntilərimiz özünü doğrultdu, xarici vətəndaşlar yarışa böyük maraq göstərdi”.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












