“Formula-1”-də qalmaqal: Milyarder həbs olundu – FOTO

Beynəlxalq “Formula-1” avtoçempionatında çıxış edən “Force İndia” komandasının sahibi, milyarder iş adamı Vicay Mallya Londonda həbs olunub. Avtosfer.az milli.az a istinadən bildirir ki, Hindistandan olan 61 yaşlı milyarder fırıldaqda, saxtakarlıqda və çirkli pulları yumaqda suçlanır. Dünən o, London Məhkəməsinə cəlb olunub. Məhkəmənin qərarına görə, V.Mallya vətəni Hindistana ekstradisiya ediləcək. O, fevralın 8-dən bəri Hindistanda axtarışdadır. Yerli banklar ondan 1,45 milyard dollara çatan borcları almağa çalışırlar. Hindistanın ən zəngin iş adamlarından olan V.Mallya 2007-ci ildə holland tərəfdaşları ilə birlikdə “Formula-1”dəki “Spyker” komandasını 88 milyon dollara satın alıb. 2008-ci ildə bu komandanın adı dəyişdirilərək “Force İndia” olmuşdu.
Ötən mövsümdə komanda “Formula-1”in Konstruktorlar Kubokunda 4-cü yeri tutmuşdu. Bu mövsümdə isə “Force İndia” çempionatda 4-cü mövqedədir. Vicay Mallya atasına məxsus “United Breweries Limited” korporasiyasına 28 yaşı olanda rəhbərlik etməyə başlayıb. Hindus milyarder bu şirkətin əsas aktivlərindən olan “United Spirits”i spirtli içkilər istehsalı bazarının nəhəngi sayılan “Diageo”ya satıb. Daha sonra o, “Kingfisher Airlines” aviaşirkətini yaratmışdı. Aviaşirkət sürətlə böyüsə də, 2008-ci ildəki qlobal maliyyə böhranından zərər çəkmişdi. Zərərlərin fəsadlarını aradan qaldırmaq üçün Mallya milyardlarla dollarlıq kreditlər götürmüşdü. 2012-ci ildə oktyabrında aviaşirkətin əməkdaşları aylarla maaş almadıqları üçün tətilə çıxdılar, aviaşirkət uçuşları dayandırdı. 2013-cü ilin fevralında isə “Kingfisher Airlines”in fəaliyyət lisenziyası ləğv olundu.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi










