Formula 1-də tamaşaçıların yarıdan çoxu əcnəbilər olacaq

"Bu günə qədər Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün 57 fərqli ökədən bilet alınıb". Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya direktoru Bülent Özerdim deyib. O bildirib ki, bilet alan ölkələr sırasında ilk sıralarda Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. B.Özerdimin fikrincə, bilet alan ölkələrin sayı keçən ilin göstəricisinə nisbətdə çoxdur: "Hədəfimiz odur ki, belə ölkələrin sayını keçən illə nisbətdə iki qat artıraq. Gələn ay ərzində bu hədəfə çatmağı planlaşdırırıq". Bu il 30 min tamaşaçı gözlədiklərini söyləyən türkiyəli funksioner tamaşaçıların 56 faizinin əcnəbilərdən ibarət olacağını vurğulayıb. O, bilet satışının sürətlə getdiyini diqqətə çatdırıb: "Azərbaycan Qran Prisinə 4 həftə qalmış Filarmoniya bağı tərəfində olan tribunanın biletləri tamamilə satılıb. İçərişəhər tribunalarının biletləri də çox az qalıb. Bu il iki yeni tribuna da əlavə edilib. Bunlar Sahil bağı və Sabir bağıdır. Keçən ilə nəzərən bu il izləyicilərin sayı daha çox olacaq". Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












