Formula 1-ə hazırlıq üzrə işlər İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə təsir etməyəcək

Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq üzrə işlər bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının (İHO) keçirilməsinə təsir etməyəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. Onun sözlərinə görə, Formula 1-in təşkili üzrə işlər İHO-nun Təşkilat Komitəsi ilə əlaqəli şəkildə həyata keçirilir. N.Arpadarai Formula 1 yarışları ilə əlaqədar fevraldan Hökumət Evinin qarşısındakı "paddok" ərazisində bütün infrastrukturun inşasına başlanılacağını və yarışa hazırlıqla bağlı görüləcək işlər martda başa çatdırılacağını bildirib. O, ötən il yollarda asfalt qatının çəkilməsi, bir sıra yolların yenidən təmir edilməsinin çoxlu vaxt apardığını, bu il isə bunlara ehtiyac olmadığından, işlərin asanlaşdığını qeyd edib: "İnanırıq ki, görüləcək işləri tam vaxtında təhvil verəcəyik".
Bilet satışı barədə danışan N.Arpadarai hər gün bilet satıldığını bildirib: "İndiyə qədər biletlər daha çox Rusiya, Böyük Britaniya, Azərbaycan, Ukrayna və ərəb ölkələrindən olan pərəstişkarlar tərəfindən alınıb. Ümumiyyətlə, azərbaycanlılar bu il Formula 1-ə keçən ildəkindən daha çox bilet alır".
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 23 - 25 iyunda Bakının mərkəzi küçələrində təşkil olunacaq.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












