“Formula 1 group”un direktoru: "Bakı üçün elə bir platforma yaratmalıyıq ki..."

"Biz Bakı ilə səmərəli əməkdaşlıq edirik və gələcəkdə bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik". Trend-in məlumatına görə, bunu “Formula 1 group” şirkətinin baş icraçı direktoru Çeys Kerri Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfransda çıxışı zamanı deyib.
Ç.Kerri bildirib ki, dünyada milyonlarla insan Formula 1 yarışlarını televiziya, internet və digər rəqəmsal kanallar vasitəsilə izləyir: “Biz Bakı üçün elə bir platforma yaratmalıyıq ki, Bakı bundan böyük fayda götürsün. Ötənilki yarışma həyəcanlı idi və çalışırıq ki, budəfəki yarışda həyəcanı artıraq. Biz çalışacağıq ki, insanlar yarışlardan daha böyük zövq alsınlar”.
Formula 1 rəhbəri qeyd edib ki, Bakıda keçirilən Formula 1 yarışlarına tamaşa edən insanları Bakıya cəlb etmək lazımdır: “Bu platforma vasitəsilə milyonlarla insan Bakını görür və Azərbaycana səfər edə bilər. Biz çalışmalıyıq ki, Bakı haqqında daha ətraflı məlumat verək və həmin insanları Bakıya gəlməyə cəlb edək”.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












