Formula 1 ilə bağlı son vəziyyət - Bulvar yenə bağlanacaq

2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı işlər nəzərdə tutulmuş qrafikə uyğun davam edir. Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, bilet satışları gözlənildiyi kimi uğurla gedir və yarışmaya maraq əvvəlki illərdən daha yüksəkdir. N.Arpadarainin sözlərinə görə, tikinti işləri də qrafikə uyğun davam edir: "Çalışırıq ki, tikinti işləri ilə bağlı yollar bağlanmasın, insanlara narahatlıq yaradılmasın. Mart ayında bütün əsas tikinti işləri, o cümlədən tribunaların quraşdırılması başa çatdırılacaq, ümumilikdə isə tikinti işləri son günə qədər davam edəcək, çünki yarışma zamanı yollar bağlanır və bunun üçün də həmin vaxt müəyyən işlər görülməlidir".
Həmçinin N.Arpadarai yarış günləri dənizkənarı bulvarın bağlanacağını diqqətə çatdırıb.
Qeyd edək ki, ötən il də iyunun 23-25-dək Bakıda keçirilən Formula 1 yarışı ilə əlaqədar dənizkənarı bulvar bağlı olub. Belə ki, həmin zonaya giriş bileti olan insanlar üçün açıq olub.
Qeyd edək ki, 2018-ci ildə keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışına 2017-ci il noyabrın 6-dan start verilib.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












