Formula 1-in biletlərinin satışına start verilib – QİYMƏTLƏR

Gələn il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına start verilib. Avtosfer.az-ın məlumatına görə, noyabrın 6-dan 2017-ci il dekabrın 31-dək həm xarici, həm də yerli avtoyürüş həvəskarları biletləri 20% endirimlə əldə edə biləcəklər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25%-lik endirim də tətbiq olunur.
İlkin endirim kampaniyası yalnız tribunaya olan və aprelin 26-29 tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir.
Bu kampaniya ərəfəsində ayaqüstü zonalara birgünlük bilet almaq da mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60 AZN, şənbə günü - 100 AZN, bazar günü üçün 150 AZN-dir.
1 yanvar 2018-ci il tarixdən etibarən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlərlə aparılacaq, yerli sakinlər üçün isə nəzərdə tutulmuş 25%-lik endirim qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.
Fidan
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











