Formula 1 rəhbəri narazıdır

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, başın mühafizə sistemlərinin fanatı deyil. Avtosfer.az f-1.az-a istinadən xəbər verir ki, FİA “Ferrari”nin Halo və Red Bull-un AeroScreen sistemlərinin üzərində işləyir və iyulun 1-də bu sistemlərdən biri 2017-ci ildəki qaydalara daxil ediləcək. Lakin Ekklstoun bundan narazılıq ifadə edib: “Red Bull-un sistemi gərək pit-stoplarda da test edilsin. Şüşənin tam təmiz olmasından əmin olmalıyıq”.
Berni Ekklstoundan Halo barədə soruşulduqda isə, o belə cavab verib: “Sözün düzü, heç birini bəyənmədim. Bolid dayananda heç nə danışmaq mümkün deyil. Sistemin funksiyasını bolid hərəkət edəndən sonra anlayacayıq”.
Xatırladaq ki, Lyuis Həmilton keçən həftə bildirmişdi ki, Formula1 təhlükəli olmalıdır. Ekklstoun britaniyalı sürücünün bu sözlərini dəyərləndirib: “Əgər Həmilton təhlükə istəyirsə, biz onun istədiyini verə bilərik”.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












