"Formula-1" üçün biletlərin 65 faizini əcnəbilər aldı

"Bakıda "Formula-1" Avropa Qran-prisinin keçirilməsi ilə bağlı işlər plana uyğun davam etdirilir". Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, xaricdə təbliğat işləri həyata keçirilir, könüllülərin təlimləri aparılır.
Onun sözlərinə görə, Qran-Pri üçün biletlərin satışı da normal şəkildə davam edir: "Biletlər əsasən xarici ölkələrdən alınır. Bildiyiniz kimi, Qran-Pri çərçivəsində konsert proqramında 3 dünya ulduzu çıxış edəcək və Qran-Priyə bilet alanlar həmin konsertlərə giriş əldə edəcəklər. Ulduzların iştirakı elan olunandan sonra həm xaricdən, həm də daxildən biletlərə maraq daha da artıb". N.Arpadarainin sözlərinə görə, indiyə qədər satılan biletlərin 65 faizi xaricdən alınıb: "Bilet satışında çox pozitiv bir tendensiya var. Xaricdən biletlərə maraq Avropa ölkələrindən - Böyük Britaniyadan, Niderlanddan, Ukraynadan, Rusiyadan, həmçinin Ərəb ölkələrindən çoxdur".
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












