"Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürür

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürəcək. Avtosfer.az-ın məlumatına görə, Bakıda ardıcıl ikinci il təşkil olunacaq nüfuzlu yarışın əsas hissəsi iyunun 25-də olacaq. Formula 1-in cədvəlinə əsasən, bu gün saat 13:00 və 17:00-da iki sərbəst yürüş keçiriləcək. Sonuncu sərbəst yürüş isə iyun 24-də, sıralama turundan 3 saat əvvəl – 14:00-da başlayacaq. İyunun 25-də saat 15:30-da pilotların paradı olacaq. Açılış mərasimi isə 45 dəqiqə sonra start götürəcək. Saat 16:15-də dövlət himni səslənəcək. Və nəhayət, 17:00-da Qran Pirinin həlledici mərhələsi başlayacaq. Yarışda iştirak edən 10 komanda - "Mercedes" (Luis Hemilton və Valterri Bottas), "Red Bull" (Daniel Rikkardo və Maks Ferstappen), "Ferrari" (Sebastyan Fettel və Kimi Raykkonen), "Force İndia" (Serxio Peres və Esteban Okon), "Willams" (Felipe Massa və Lens Stroll), "McLaren Honda" (Fernando Alonso və Stoffel Vandorn), Toro Rosso (Daniel Kvyat və Karlos Sayns), "Haas" (Roman Qrojan və Kevin Maqnussen), "Renault" (Niko Hülkenberq və Colion Palmer) və "Sauber"in (Markus Eriksson və Paskal Verlyayn) ümumilkdə 20 üzvü hökümət meydanından başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












