Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan marafon keçirildi

Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan 21 km məsafəyə yürüş keçirilib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, marafon yarışı “Baku Marafon Club” və “Baku runners” qacış klubunun təşkilatçılığı ilə baş tutub. Yürüşdə “Moskva 2016” və “Paris 2017” beynəlxalq marafonlarının iştirakçısı Elşən Quliyev, Formula 1 üzrə Qran Prilərin keçirildiyi şəhərlərə gedərək, marafon yürüşü edən polşalı Marçin Sozska, yerli və əcnəbi vətəndaşlar iştirak ediblər.
Marafonun marşrutu Fəvvarələr meydanından başlayaraq, İçərişəhər qala divarları boyunca "Azneft" dairəsinə, oradan isə Bayraq Meydanından Su İdman Sarayına və əksinə olub. Finiş xəttini M.Sozska ilə Tural Sadıqlı eyni anda keçiblər.
M.Sozska “Report”a açıqlamasında bundan sonra keçiriləcək “Bakı Marafon”ununda da iştirak edəcəyini söyləyib: “Bakıda bu qədər atletin mənə dəstək verməsi inanılmazdır. Çox müsbət emosiya və bir daha bura gəlmək arzusuyla Bakıdan ayrılıram. Burada özümə çoxlu idmançı dostlar qazandım. Onlardan Firdovsi Kərimov, Renato Rakoviş və Elşən Quliyevlə Moskva marafonunu bərabər qacmışıq. Bakıda keçiriləcək marafon yarışlarında mütləq iştirak edəcəyəm”.
Qeyd edək ki, 2016 və 2017-ci illərdə Azərbaycanda nüfuzlu “Bakı Marafonu” təşkil olunub.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi










