"Formula-1" üzrə Çin Qran Prisinə yekun vurulub

Şanxayda keçirilən "Formula-1" üzrə Çin Qran Prisinə yekun vurulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 56 dövrədən ibarət yürüşün qalibi adına "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton layiq görülüb. O, finişə 1 saat 37 dəqiqə 36,158 saniyəyə çatıb. İkinci yeri Avstraliyanın Melburn şəhərindəki ilk yürüşün qalibi, "Ferrari"nin alman pilotu Sebastyan Fettel tutub. Üçüncü yerdə isə "Red Bull"un holland pilotu Maks Ferstappen qərarlaşıb. 5 pilot finişə çata bilməyib ki, onların arasında ötən il Bakıda keçirilmiş Avropa Qran Prisinin səfiri, "Maklaren Honda"nın ispan üzvü Fernando Alonso da var. İlk 2 mərhələdən sonra Hemilton və Fettel hərəyə 43 xalla turnirə liderlik edirlər. Ferstappen 25 xalı var. Konstruktorların mübarizəsində "Mercedes" 66, "Ferrari" 65, "Red Bull Racing Tag Heuer" isə 37 xalla ilk 3 pillədədirlər. Qeyd edək ki, növbəti Qran Pri 14 - 16 apreldə Bəhreyndə olacaq.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












