"Formula 1" üzrə Monako Qran Prisinə yekun vurulub - FOTO

"Ferrari" pilotu Sebastyan Fettel "Formula 1" üzrə Monako Qran Prisinin qalibi olub. Avtosfer.az-ın məlumatına görə, 78 mərhələnin yekununda almaniyalı pilot finişə 1 saat 44 dəqiqə 44,340 saniyəyə çatıb. İkinci yeri onun finlandiyalı komanda yoldaşı Kimi Raykonen tutub. Raykonen Fetteldən 3,145 saniyə geri qalıb. Liderə 3,745 saniyə uduzan "Red Bull" pilotu Daniel Rikkardo isə üçüncü olub. Yürüşə 20 iştirakçı qatılsa da, onlardan 15-i finişə çatıb.
Sayca 6-cı mərhələdən sonra aktivinə daha 25 xal yazan Fettel sürücülərin mübarizəsində 129 xalla 1-ci pillədə möhkəmlənib. Sonrakı yerlərdə "Mercedes" pilotları - böyük britaniyalı Luis Hemilton (104 xal) və finlandiyalı Valtteri Bottas (75 xal) qərarlaşıb. Avtomobillərin yarışında isə ilk 3 yeri 196 xalla "Ferrari", 179 xalla "Mercedes" və 97 xalla "Red Bull" tutur.
Növbəti mərhələ 9 - 11 iyunda Kanadada olacaq.
Qeyd edək ki, Monako Qran Prisini İngiltərənin "Mançester Yunayted" futbol komandasının baş məşqçisi Joze Mourinyo da izləyib.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
















