"Formula-1" üzrə mövsümün III Qran-Prisi Bəhreyndə keçirilib - FOTO

Bəhreyndə "Formula-1" üzrə mövsümün III Qran-Prisi keçirilib. Qalib adını "Ferrari" pilotu Sebastyan Fettel qazanıb. Sonrakı iki yeri "Mercedes"in pilotları Luis Hemiltonla Valtteri Bottas tutub. Yürüşə ümumilikdə 20 pilot qatılmalı olsa da, texniki problemlər üzündən Stoffel Vandoorne ("Maklaren Honda") startda iştirak etməyib. Altı pilot isə finişə çatmayıb ki, onların arasında Vandoornenin komanda yoldaşı, 2015-ci ildə Bakıda keçirilmiş Avropa Qran-Prisinin səfiri Fernando Alonso da olub.
Mükafatlandırma mərasimində Fettel fəxri kürsüdə rəqs edib. O, ilk 3 Qran-Prinin yekununda 68 xalla liderliyi ələ alıb. Alman pilot ən yaxın izləyicisi, britaniyalı Hemiltonu 7, üçüncü pillədəki finlandiyalı Bottası 30 xal qabaqlayır. Konstruktorların mübarizəsində isə "Ferrari" 102 xalla 1-ci, "Mercedes" 99 xalla 2-ci, "Red Bull Racing Tag Heuer" isə 47 xalla 3-cü pillədədir.
"Report"
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN


















