“Formula-1”ə 17 gün qalmış bütün işlər başa çatacaq

“Trekdə maneələrin hazırlanması prosesi tamamlanıb. Mayın 1-dən etibarən maneələr trekin kənarına yerləşdiriləcək”. Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib. Əslən Avstraliyadan olan mütəxəssis iyunun 17-19-da paytaxtımızda keçiriləcək “Formula-1” Avropa Qran-prisinə işlərin plan üzrə getdiyini açıqlayıb. Onun sözlərinə görə, yarışın startına 17 gün qalmış bütün işlər başa çatacaq və obyektlər təşkilatçılara təhvil veriləcək: “İşlərin 90 faizi yekunlaşıb. Hər şey iyunun 1-i üçün tam hazır olacaq”.
Butçer asfalt örtüyünün yekunlaşması üçün uyğun vaxtı da gözlədiklərini bildirib: “Park İnn” otelindən birinci döngəyə qədər olan yerin asfalt döşənməsi qalıb. Ümumilikdə trek boyunca ümumi asfalt döşənməsi 95 faiz yerinə yetirilib. Yaxın günlərdə nəqliyyata problem yaratmayacaq bir şəraitdə nə vaxt icazə verilsə, o da tamamlanacaq”.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












