"Formula 1"in ilk rəsmi elçilərinin adları açıqlandı

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Azərbaycanda ilk dəfə keçiriləcək "Formula 1" Avropa Qran Prisini (F1 Grand Prix of Europe) təmsil edəcək rəsmi elçiləri ictimaiyyətə təqdim edib. Avtosfer.az-ın məlumatına görə, Avropa Qran Prisinə 130 günün qaldığı ərəfədə əməliyyat şirkəti bildirir ki, Azərbaycanın əməkdar artisti, bəstəkar və "Bakı 2015" Avropa Oyunlarının ulduz elçilərindən biri Tünzalə Ağayeva, "Formula 1" şərhçisi Rəhim Əliyev və "Formula 3" yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayev F1 Avropa Qran Prisininin ilk rəsmi elçiləri adına layiq görülüblər.
Rəsmi elçilər BŞH-nın F1 Avropa Qran Prisi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edəcək, bu yarışla bağlı aparılan kampaniyalara dəstək verəcək və şəxsi sosial media kanalları vasitəsilə öz pərəstişkarları ilə yanaşı, ümumilikdə ictimaiyyət arasında Avropa Qran Prisinin təbliğinə çalışacaqlar.
BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai rəsmi elçilərin sayının artacağından xəbər verdi: “Biz bu gün F1 Avropa Qran Prisinin təbliğində öz imkanlarını səfərbər edəcək rəsmi elçilərin ilk üçünün adını açıqlayırıq və onların sırasına tezliklə yenililərini əlavə edəcəyik. Azərbaycanlılarla yanaşı, xarici ulduzlar arasından seçilmiş elçilərimiz də olacaq. Onlar Avropa başda olmaqla "Formula 1" yarışına marağın olduğu hər yerdə bu yarış həvəskarlarına Avropa Qran Prisini tanıdacaqlar”.
Seçilən rəsmi elçilər Azərbaycanda ilk dəfə keçiriləcək "Formula 1" yarışı haqqında məlumatın daha geniş ictimaiyyətə çatdırılmasında böyük potensiala sahibdirlər. Ötən il "Bakı 2015" ilk Avropa Oyunlarında uğurla iştirak etmiş könüllülər komandasının ulduz elçisi Tünzalə Ağayeva eyni ənənəni bu il də Avropa Qran Prisində davam etdirəcək.
Emin
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN














