"Formula-1"in sahibi dəyişdi

ABŞ-ın "Liberty Media" kompaniyası 4,4 milyard dollar ödəyərək "Formula-1" dünya çempionatının sahibi olub. Avtosfer.az-ın məlumatına görə, Azertac Euronews telekanalına istinadla xəbər verir ki, sövdələşmə 2017-ci ilin birinci rübünün sonuna qədər yekunlaşmalıdır. Bununla yanaşı, "Liberty Media" Berni Ekklstounun "Formula-1" yarışmasının prezidenti postunda qalacağını qeyd edib. "Formula-1" çempionatının aktivləri 8 milyard dollara qiymətləndirilsə də, sövdələşmə zamanı 4,1 milyard dollar həcmində borc da nəzərə alınıb. "Liberty Media" Atlantanın basketbol klubu da daxil olmaqla, əyləncə və idman sahəsində fəaliyyət göstərən bir neçə kompaniyada ortaq paya malikdir. Şirkətin icraçı direktorunun sözlərinə görə, "Liberty Media" idman sahəsində aktivlərin idarəsi baxımından təcrübəsi sayəsində "Formula-1" yarışını gözəl idarə edə bilər.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












