Gülhüseyn Abdullayev Formula Gulf 1000 seriyasında qalib gəldi - VİDEO

Azərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş Gülhüseyn Abdullayev cümə günü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Formula Gulf 1000 yarışında mübarizə aparacaq. O, artıq dünəndən sərbəst yürüşlərə qoşulub. Sərbəst yürüşlər zamanı trası daha yaxşı öyrənməyə çalışan həmyerlimiz ilk iki sessiyada 5-ci olub. Sonuncu sessiyada isə Gülhüseyn qənaətbəxş nəticə göstərib və protokollarda 3-cü sətrə yiyələnib. Qeyd edək ki, hər üç sessiyada ən yaxşı nəticəyə danimarkalı Kato Poulsen imza atıb. Gülhüseyn bu mövsüm EuroFormula Open seriyasında Campos Racing komandasının heyətində iştirak edəcək.
***
Gənc pilotumuz, Azərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş Gülhüseyn Abdullayev indicə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Formula Gulf 1000 yarışında mübarizəsini uğurla başa vurub. Bu gün keçirilən hər iki yarış üçün vahid sıralanma turu tətbiq edilib. Bu seansda 3-cü olan Gülhüseyn ilk yarışda bir qədər pis start alıb. Cəmi 10 dövrədən ibarət olan yarışda startdakı uğursuzluğa baxmayaraq 3-cü olub. Danimarkalı Kato Poulsen 1-ci, səudiyyə ərəbistanlı Maşur Bal Hacelia 2-ci olub. İkinci yarışa isə möhtəşəm başlayan həmyerlimiz elə ilk döngədə liderliyi ələ alıb. Yarışın sonuna qədər üstünlüyünü qoruyub qalib gəlib. Səudiyyə Ərəbistanını təmsil edən Ömər Qazzaz 2-ci yeri tutarkən, 3-cü Culio Peroni olub.
F-1.az
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













