Hansı sürücü dayanma və durma qaydalarını pozur? - DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız dayanma və durma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu sürücülərdən hansı dayanma və durma qaydalarını pozur?
A) Motosikletin sürücüsü;
B) Minik avtomobilinin sürücüsü;
C) Heç biri;
D) Hər ikisi.
Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 52-cı maddəsinin IV hissəsinin 3-cü bəndinə əsasən, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə dayanma qadağandır. Şəkildən göründüyü kimi, həmin hissədə bordürdən 1.1 xəttinə qədər məsafə 3 metrdir. Deməli, sualın doğru cavabı “D” variantı olacaq: Bu sürücülərdən hər ikisi dayanma və durma qaydalarını pozur.
Suala ilk doğru cavabı Füzuli adlı oxucumuz verib. Onu təbrik edirik. Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 252 77 07 nömrəsinə zəng etmək xahiş olunur. "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqları sərgi salonundan veriləcək hədiyyəni əldə etmək üçün isə 055 711 00 85 nömrəsini zəng edin!
188 haqqında;

Biz nə bacarırıq?
- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması
- Daşınan bütün yüklər sığortalanır
188-ə zəng etmək kifayətdir.
Öyrənək, öyrədək!
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO












