Hər iki iştirakçı sözündən dönmədi - Maşın əldən getdi – VİDEO

Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aktyor İlkin Misgərlini SMS səsverməsinə çıxarıblar. O, deyib ki, iştirakçılardan özü onun şəklini atmasını istəyib. O, hədəfinin Ülviyyə Alovlu olduğunu bildirib. “Çünki, Ülviyyə xanım dəfələrlə deyib ki, cənablar oynamırlar. Mən də təklif etdim ki, mən çıxıram və gəl açıq mübarizə aparaq”, - deyə İlkin Misgərli əlavə edib.
Ülviyyə Alovlu isə qeyd edib ki, o sözü 9 gün əvvəl deyib. Həmin vaxt da İlkin səsverməyə çıxaraq Talıbla mübarizə aparacağını deyib. Amma indi fikrini dəyişərək onu hədəf seçib. Ülviyyə Alovlu mübarizə aparmaqdan imtina edib və bildirib ki, o İlkinin favariti deyil. “İlkin aktyordu, təbii ki, səs yığacaq. Amma mən oynayıb uduzmaq istəmirəm”.
Ülviyyə Alovlu şounun sonuna qədər də susqunluğunu qoruyub. O adını açıqlamadığı bir nəfərə İlkinlə mübarizə aparmayacağına dair söz verdiyini deyib və sona qədər də sözünü tutub. 72,23 faiz tamaşaçı isə İlkinin qalması üçün səs verib. Elə İlkin Misgərli də öz qərarını dəyişməyib və Ülviyyə Alovlunun əlini maşından götürməsini istəyib. Beləliklə, bu dəfə də maşın Ülviyyə Alovlu üçün əldən getdi. (Baku.ws)
Orxan
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












