Banner

Hərəkəti sağdan ikinci zolaqla davam etdirə bilərmi? - DOĞRU CAVAB

Yarışma 19 Aprel 2016 08:50 Oxunub 2278
Hərəkəti sağdan ikinci zolaqla davam etdirə bilərmi? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Minik avtomobilinin sürücüsü bu nişandan sonra hərəkətini sağdan ikinci (ortadakı) zolaqla davam etdirə bilərmi?

A) Hərəkət sürəti 60 km/saat-dan artıq olmaqla davam etdirə bilər;

B) Heç bir halda davam etdirə bilməz;

C) İstənilən halda davam etdirə bilər.

Sualın doğru cavabı belədir: Şəkildə yaşayış məntəqəsindən kənar yol verilir və həmin yolda eyni istiqamətdə əlavə hərəkət zolağının başlandığı bildirilir. “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinin I hissəsinə əsasən, yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Minik avtomobilinin sürücüsü bu nişandan sonra hərəkətini sağdan ikinci (ortadakı) zolaqla heç bir halda davam etdirə bilməz, o ən sağdakı zolağa yerdəyişmə etməlidir.

Suala ilk və daha ətraflı doğru cavabı Rövşən adlı oxucumuz verib. Onu təbrik edirik. Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 252 77 07 nömrəsinə zəng etmək xahiş olunur. 

Öyrənək, öyrədək!

188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh