Hərəkəti sağdan ikinci zolaqla davam etdirə bilərmi? - YENİ SUAL
Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Minik avtomobilinin sürücüsü bu nişandan sonra hərəkətini sağdan ikinci (ortadakı) zolaqla davam etdirə bilərmi?
A) Hərəkət sürəti 60 km/saat-dan artıq olmaqla davam etdirə bilər;
B) Heç bir halda davam etdirə bilməz;
C) İstənilən halda davam etdirə bilər.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada yazasınız. Facebookdan yazılan cavablar artıq qeydə alınmadığı üçün oxuculardan üzr istəyirik. Facebook komentlərinin ləğv edilməsinin səbəbi bəzi ədəbsiz insanların iyrənc əməlləridir.
Sualın sponsoru 188 evakuasiya və yükdaşıma xidmətidir. Suala ilk və doğru cavab verib qalib gəlmiş şəxsə 188 evakuasiya və yükdaşıma xidmətindən (050 252 77 07) hədiyyələr olunacaq. Amma cavabın təsadüfi olmadığına əmin olmaq üçün cavab izahlı olmalıdır (bir cümlə ilə də olsa olar).
Öyrənək, öyrədək!
188 haqqında;
Biz nə bacarırıq?
- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması
- Daşınan bütün yüklər sığortalanır
188-ə zəng etmək kifayətdir.