İslamiadanın Xəzərdən başlanan su marşrutu elan olunub

İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan səyahət marşrutu elan edilib. Azərbaycanın 15 bölgəsinə səfər aprelin 5-də Dağ Salnamə Muzeyindən start götürəcək. Yürüş mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış Mərasimi üçün təşkil olunacaq. Səyahət turunun əsas mövzusu İslam aləmində həyat mənbəyi, şəffaflıq və təmizlik simvolu olan Sudur. Layihə çərçivəsində Azərbaycanın su bölgələrini təmsil edən 16 uşağın hər biri, "Bakı 2017" Su Səhəngi ilə Xəzər dənizindən su götürəcək və öz döğma şəhər və evlərinə aparacaqlar. Bununla da İslamiada Xəzər gözəlliyindən, sevgisindən və paklığından hər evə bir pay verəcək.
37 gün ərzində 3 min km-dən artıq məsafənin qət olunacağı səyahət turu Xəzər dənizindən başlayaraq Azərbaycan ərazisində mövcud olan 15 su yerlərində keçiriləcək. Səyahət zamanı bu yerlərdən toplanan su Açılış Mərasiminin bir hissəsi olacaq. Bu münasibətlə keçiriləcək hər bir su mərasimi axşam su festivalı ilə müşayiət olunacaq. Xəzər dənizinin suyu ilə doldurulmuş "Bakı 2017" səhənglərinin nümayişi zamanı, tədbirə pulsuz qatılacaq hər bir vətəndaş Azərbaycan musiqisindən, rəqslərindən zövq alıb, su effektlərinin yaratdığı gözəlliyi, eyni zamanda aətşfəşanlığı izləmək imkanı qazanacaq.
Xəzərdən başlayan səyahət aprelin 5-də Bakıda, aprelin 7-də Naxçıvanda, aprelin 9-da Astarada, aprelin 11-də Şirvanda, aprelin 13-də Sabirabadda, aprelin 15-də Ağcabədidə, aprelin 17-də Horadizdə (Fizuli), aprelin 19-da Gəncədə, aprelin 21-də Şəmkirdə, aprelin 23-də Mingəçevirdə, aprelin 25-də Qaxda, aprelin 27-də Qəbələdə, aprelin 29-da Qusarda, mayın 1-də Qubada, mayın 3-də Qaradağda, mayın 5-də Sumqayıtda olacaq.
Qeyd edək ki, Azərbaycan dəmirdöymə sənətinin incisi "Bakı 2017" Su Səhəngləri 3 ölçüdə hamar və döymə misdən hazırlanıb və ənənəvi islam dünyası səhənglərinin dizaynını özündə təcəssüm etdirir.
Fərid
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











