““Mersedes”dən 0.1 saniyə geridəyik” - “Ferrari”nin rəhbəri

“Ferrari” komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, “Mercedes” builki 3 yarışın hamısını qazansa da, onların aralarındaki fərq sadəcə 0.1 saniyədir.
Avtosfer.az f-1.az-a istinadən xəbər verir ki, “Ferrari” komandası builki hər 3 yarışda problemlərlə üzləşib. Buna görə də italyanların real gücünü hələ də bilmək olmur.
Arrivabene bunları deyib: “Sıralanma turunda hədəfimiz poul ola bilərdi. Apardığımız hesablamalara görə, Mercedes-dən cəmi 0.1 saniyə geridəyik. Bu fərqi sürücülər sıfıra endirə bilərdilər, amma bu mümkün olmadı. Sıralanma turunda səhvlər etdik, amma yarışda da səhvlər oldu. Seb gözəl bir hərəkət etdi. Pit girişində iki rəqibini birdən ötdü. Bu isə onun maaşının niyə Saynsdan çox olduğunu göstərən amildir”.
Arrivabene bildirib ki, onlar birdən-birə güclənmənin cəzasını etibarlılıq problemi ilə çəkirlər: “Bolidimiz çox güclüdür. Keçən il 2016-cı il barədə planlar apardığımızda, iki seçimimiz var idi: etibarlılıq və güc.
Biz “Mercedes” ilə fərqi bağlamağı seçdik. Buna görə də ikinci yolu seçdik. “Mercedes” isə onsuz da güclü olduğu üçün etibarlılıq variantını seçib. Sözün açığı təmiz güc əldə etmək üçün riskə getdik”.
Arrivabene qeyd edib ki, onlar böyük yeniliklərdənsə, kiçik yeniliklər seçəcəklər: “Soçi üçün yeniliklər olacaq, amma elə də böyük yeniliklər yox. Biz artıq uzun müddətdir ki, addım-adıım inkişaf etməyi seçmişik. Çünki mövsümə yeni layihə ilə başlayırıqsa, sonraki yarışlara böyük yeniliklər gətirməyin mənası yoxdur.
Yavaş-yavaş işləməli, bolidi öyrənməli və inkişaf edə biləcəyimiz sahələrdə inkişaf etməliyik. Böyük yeniliklərin riskləri də çoxdur.
Mühərriyin inkişafı ilə bağlı eyni fəlsəfəni seçmişik. Təbii ki, inkişaf etmək üçün haqlarımızdan istifadə edəcəyik, amma az-az istifadə edəcəyik”.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












