Mikroavtobusun sürcüsü bu vəziyyətdə nə etməlidir? - DOĞRU CAVAB
Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nizamlayıcının siqnalları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Sola dönmək istəyən mikroavtobusun sürcüsü bu vəziyyətdə nə etməlidir?
a) Svetoforun əlavə bölməsində sola istiqamətlənən yaşıl oxun yanmasını gözləməlidir;
b) Nizamlayıcının müvafiq icazə siqnalını gözləməlidir;
c) Yolayrıcına daxil olaraq sola dönməklə hərəkətini davam etdirməlidir.
Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 58-ci maddəsinin II hissəsinin “v” bəndinə əsasən, “Sola dönmə” siqnalı nizamlayıcının sol tərəfindən relssiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə icazə verir. Qanunun 60-cı maddəsinin 5-ci hissəsində isə deyilir ki, nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Sola dönmək istəyən mikroavtobusun sürcüsü bu vəziyyətdə yolayrıcına daxil olaraq sola dönməklə hərəkətini davam etdirməlidir.
Suala ilk doğru cavabı Yaşar adlı oxucumuz verib. Onu təbrik edirik.
Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!