
Minik avtomobilinin sürcüsü kimə yol verməlidir? - DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Sola dönən minik avtomobilinin sürcüsü kimə yol verməlidir?
a) Yalnız yük avtomobilinə;
b) Hər iki nəqliyyat vasitəsinə;
c) Yolayrıcını ilk olaraq keçməlidir.
Sualın doğru cavabı belədir: Əlavə olunan şəkildən görünür ki, yük avtomobili və avtobus svetoforun qırmızı işığı ilə eyni vaxtda yanan əlavə yaşıl işıq bölməsinə uyğun hərəkət edir. Ona görə də “Yol hərəkəti haqqında” Qanunun 76-cı maddəsinin III hissəsinə müvafiq olaraq sola dönən sürücü hər iki nəqliyyat vasitəsinə münasibətdə üstünlüyə malikdir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Sola dönən minik avtomobilinin sürcüsü yolayrıcını ilk olaraq keçməlidir. Suala ilk doğru cavabı Turqay adlı oxucumuz verib. Onu təbrik edirik.
Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 246 96 97 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.
Sualın daha bir sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!
188 haqqında;
Biz nə bacarırıq?
- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması
- Daşınan bütün yüklər sığortalanır
188-ə zəng etmək kifayətdir.
Öyrənək, öyrədək!