Nəqliyyat sektoruna 2 ayda 607 milyon manat investisiya yönəldilib - FOTO

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektoru üzrə 2026-cı ilin ilk aylarında da statistik göstəricilərdə artım qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, fevral ayının sonuna olan məlumata əsasən, nəqliyyat və anbar sektorunun ÜDM-də payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 7,5%-ə çatıb. Qeyri-neft/qaz ÜDM-də də artım müşahidə olunub və sektorun payı 10,3% təşkil edib.
Sahədə yaradılan əlavə dəyər də yüksəlməkdə davam edir. Yanvar-fevral aylarında bu göstərici 1 milyard 381 milyon 900 min manata çatıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,4% və ya 105.7 milyon manat artım deməkdir. Sektor üzrə ümumi gəlir isə 2 milyard 267 milyon 200 min manat olub.
İnvestisiya qoyuluşu nəqliyyat sektorunun inkişafında əsas amillərdən biri olaraq qalır. Yanvar-fevral aylarında sahəyə yönəldilən investisiyaların həcmi 606.6 milyon manat olub. Yəni real ifadədə 12,1% artım olub.
Ümumilikdə nəqliyyat və anbar təsərrüfatı sektorunda qeydə alınan müsbət dinamika ölkənin logistika imkanlarının gücləndiyini və regional nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndiyini göstərir.
.jpg)
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB












