Növbəti Formula 1 yarışı üçün bilet satışına başlanılır

Noyabrın 6-dan 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start veriləcək. Satışa başlandıqdan sonra ilk iki ay ərzində biletlər endirimli qiymətlərlə təklif olunacaq. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yeni mövsümdə yerli tamaşaçılar üçün xüsusi endirimlərin olacağını bildirib: “Hər ötən il bir əvvəlki ilə müqayisədə daha çox yerli azarkeşin bilet alaraq yarışın bütün sessiyalarında və həmçinin yarışdan kənarda onlar üçün hazırladığımız əyləncə proqramlarında, xüsusən də dünya ulduzlarının iştirakı ilə baş tutan möhtəşəm konsertlərdə böyük coşğu ilə iştirak etməsi bizi çox sevindirir.
Biz bu il yarışa daha çox yerli tamaşaçı cəlb etmək üçün müxtəlif endirimlər təklif edəcəyik. Bununla bağlı ilk satış kampaniyamız noyabrın 6-da başlayacaq və həmin gün biz ölkə ictimaiyyətinə yarış həvəskarları üçün təklif olunan xüsusi endirimlərin detallarını açıqlayacağıq. İnanırıq ki, builki yarışda rekord göstəricidə tamaşaçı iştirakına nail olacağıq.”
Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisini izləmək istəyən tamaşaçılara trekin müxtəlif yerlərindən yarışı izləməyə imkan verən və ümumi tutumu 30 min yerlik olan tribuna və ayaqüstü zonalar təklif olunur.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












