Övladları böyüyənə kimi azadlıq istədi - Məhkəmə başqa qərar verdi

Ərini balta ilə öldürmək istədiyi üçün 9 il həbsə məhkum edilən 29 yaşlı Lalə İmaşovanın hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.
Avtosfer.az qafqazinfo-ya istinadla xəbər verir ki, üç uşaq anası olan L.İmaşova məhkəmədən övladları böyüyənə kimi azadlıqda qalmasına icazə verilməsini xahiş edib.
Onun vəkili Altay Mirzəyev hakimlərin diqqətinə çatdırıb ki, keçən müddətdə zərərçəkmiş şəxslə barışıq əldə edilib, hazırda şikayəti yoxdur. Vəkil müvəkkilinin ən kiçik övladının 14 yaşına çatana kimi hökmün icrasının təxirə salınmasını istəyib.
Sonuncu iclasda prokuror da xanım müttəhimə münasibətdə daha yüngül cəza təyin edilməsində maraqlı olub. O, Lalə İmaşovanın üç övlad anası olmasını, qarşı tərəflə barışığı müstəsna hal kimi nəzərə alaraq cəzanın 9 ildən 5 ilə endirilməsini təklif edib.
Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi isə vəkil və prokurorla razılaşmayıb. Hakimlər belə qənaətə gəlib ki, əvvəl təyin edimiş cəzanın 4 il azaldılması və ya təxirə salınması törədilmiş cinayətə münasibətdə ədalətli olmaz. Yekun qərarla Lalə İmaşovanın cəzası 14 ay 5 gün azaldılıb.
Qeyd edək ki, L.İmaşova əri Ceyhun İmaşovun başına balta ilə vuraraq ona ağır xəsarət yetirib. Əri məhkəmədə Lalədən şikayətçi olub, cəzalandırılmasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.İmaşova 9 il azadlıqdan məhrum edilib.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












