Pirelli Azərbaycan Qran Prisi üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün ilk səkkiz Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlayıb. Avtosfer.az "F-1.az" saytına istinadla xəbər verir ki, komandalar mövsümdə ilk dəfə olaraq Barselonada ən sərt üçlüyü – Hard, Medium və Soft təkərləri alacaqlar. Hard və Medium tərkibləri isə məcburi elan olunub, yəni hər bir sürücü yarışın quru havada baş tutacağı təqdirdə bu tərkiblərdən ən azı bir dəst yarışa sifariş verməli və yarışda bunların hər hansı birindən istifadə etməlidir. Maraqlıdır ki, mövsümöncəsi testlərdə sürücülər Hard təkərlərdən istifadə etməyiblər. Çünki sərin havada onları qızdırmaq xeyli çətindir. Ötən il olduğu kimi, Pirelli Monako və Kanada yarışlarına ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirəcək. Həmin yarışlarda məcburi tərkiblər Soft və Supersoft olacaq. Bakıdakı yarışa isə keçən il olduğu kimi, Medium, Soft və SuperSoft təkərlər gətiriləcək. Soft və Medium tərkiblər məcburi elan olunub.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












