Qadın velosipedçimizdən növbəti uğur

Azərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC Llubljana" Dünya Turu komandasının üzvü Yelena Pavluxina Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda növbəti lisenziya xalları əldə edib. Azərbaycan Velosiped İdmanı Federasiyasından Avtosfer.az-a verilən əmlumata görə, velosipedçimiz Çində keçirilən "Tour of Zhoushan Island" turunda aktivinə daha 12 reytinq balı yazıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı üçgünlük yarışının yekununa əsasən, yığma komandamzın üzvü ümumi təsnifatda 70 velosipedçi arasında 4-cü olub. Qeyd edək ki, Yelena Pavluxina mayın 6-8-də Çində keçirilən digər bir yarış - Dünya Turu statusunu daşıyan "Tour of Chongming" veloturunda da uğurla çıxış etmiş və ümumi təsnifatda 9-cu olaraq 30 reytinq xal qazanmışdı.
Bugünkü 12 xalı nəzərə almasaq, hazırda idmançımız aktivindəki 137 reytinq xalı ilə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq sıralanmasında 685 qadın velosipedçi arasında 70-ci yerdə qərarlaşır. Bu isə Yelena Pavluxinaya Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansı verir.
Qeyd edək ki, UCİ qaydalarına əsasən, qadın velosipedçilərin reytinq xallarını toplaması prosesi mayın 31-də başa çatacaq və yalnız bundan sonra Olimpiya Oyunlarına vəsiqə qazanacaq velosipedçilərin adlarına aydınlıq gələcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












