Qarabağ atı Formula 1 yarışını izləməyə çağırır - VİDEO

Red Bull komandası qarşıdakı Azərbaycan Qran Prisi üçün maraqlı bir süjet hazırlayıb.
F-1.az xatırladır ki, artıq 20 gündən sonra Formula1 üzrə Dünya Çempionatının bütün iştirakçıları ölkəmizdə olacaqlar. Dünyanın ən sürətli sürücüləri ən bahalı maşınların sükanları arxasında gözəl Bakımızın küşələrində birincilik uğurunda mübarizə aparacaqlar. Çempionatda iki komandası ilə təmsil olunan Red Bull şirkəti qarşıdakı yarış üçün maraqlı çağırışı videosu təqdim edib. Videoda ön plana çıxarılan ölkəmizin sürət simvolu Qarabağ atı Red Bull komandasının RB13 maşını ilə xəyalən yarışır. Sonda isə bütün sürətsevərlər yarışı izləməyə dəvət olunurlar.
“Hər bir Azərbaycanlı həyatında heç olmasa bir dəfə qarabağ atları haqqında eşidib. Bu dözümlü və çox zərif atlar ölkəmizin qürurudur. Onlar bizim tariximizdir.
Bu at cinsi zəngin xanların vaxtlarından Azərbaycanın simvolu olub. Onlar bu atları Allahın hədiyyəsi hesab edirdilər. Xanlar bu at cinsini yüksək qiymətləndirir və yalnız böyük minnətdarlığın əlaməti kimi hədiyyə edirdilər. Xanlar ölkədən qaçışdan öncə öz sevimlilərini hamıya hədiyyə edtikdə, bu atları kütləvi şəkildə Azərbaycandan Rusiyaya çıxardıqda, və ya, müharibə başlayanda və Ağdamda əsas atçılıq zavodu işğal edilən anlarda onlar bizim qürurumuz idilər. Bu at cinsi bütün dünyada aparıcı sərgilərdə Azərbaycanı təqdim edərək, ürəklərimizi bu gün də titrəməyə məcbur edir.
Bu atlar alicənablığı və dözümlüyü, zərifliyi və sürəti təcəssüm edirlər. Onlar, bu gün yalnız öz tarixini qoruyan yox, həm də yenisini yaradan Azərbaycanı təmsil edirlər.
25 iyun, yeni tarixin yazılacağı anı qaçırmayın…”
Maraqlı alınmış videonu sizə təqdim edirik:
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












