Qaxda keçirilən “Formula 1” yarışında 11-ci sinif şagirdi fərqlənib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında regionlarda “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda “Formula 1” çempionatının Qax yarışı baş tutub. BŞH-dan “Report”a verilən məlumata görə, yarışda Qax şəhər 5 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Aqşin Əhmədov 1 dəqiqə 49 saniyə ilə ən sürətli nəticə göstərib. Bu, həm də indiyədək keçirilmiş yarışlar arasında ən sürətli nəticə olub. A.Əhmədov Novruz bayramı ərəfəsində Bakıda keçiriləcək final yarışına vəsiqə qazanıb.
Qeyd edək ki, regional “Formula 1” çempionatı çərçivəsində tədbirin ilk günü simulyatorlar şəhər sakinlərinin istifadəsinə açıq olub və həmçinin Qax şəhərinin 5 tam orta məktəbinin 9-11-ci sinif şagirdlərindən ibarət 200-dək məktəblisi AAF mütəxəssisləri tərəfindən yol hərəkətinin təhlükəsizliyinə dair verilən seminarlara qatılıb. Sertifikatla təltif olunan yuxarı sinif şagirdləri növbəti gün “Formula 1” simulyator yarışında iştirak ediblər.
Regional çempionatın sonuncu yarışı 9 – 10 martda Qubada keçiriləcək. Bu gün simulyatorlar rayon ictimaiyyətinin istifadəsi üçün açıq olacaq və eyni zamanda, rayonun yuxarı sinif şagirdləri AAF-ın təlimlərinə qoşulacaqlar. Sonrakı gün isə təlimi uğurla başa vuran məktəblilər arasında yarış baş tutacaq.
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











