Romen Qrojan: "Bakıda yeni nəsil maşınlarla çıxış etmək çox maraqlı olacaq"

"Haasa"nın fransalı pilotu Romen Qrojan "Formula-1"in Bakıda keçiriləcək qarşıdakı mərhələsi ilə bağlı gözləntilərini bölüşüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onun sözlərini "F1news.ru" nəşri sitat gətirib. "Mərhələ maraqlı olacaq. Bu yolun bəzi hissələrində daha geniş maşınların sükanı arxasında müəyyən çətinliklər olacaq, digər hissəsində isə hücum etmək daha yaxşı olacaq. Açıq yollarda ən yüksək sürət bir qədər aşağı düşəcək. Düşünürəm ki, Bakıda yeni nəsil maşınlarla – avtomobili gec dayandırmaq və döngələrdə, həm də divarlarla əhatə olunmuş sürətli dar döngələrdə ən yüksək sürəti saxlamaq istəyi ilə çıxış etmək çox maraqlı olacaq. Yolun birinci hissəsinə uzun düz və 90 dərəcə döngələr öncəsi ciddi tormozlamalar daxildir. O qədər də maraqlı hissə deyil, lakin orada irəli çıxmaq olar. Ardınca yolun mahiyyəti dəyişir. Yol qala divarlarının əhatəsində yoxuşa gedir – ora çox sürətli hissədir, son iki döngədə isə yol uzun düz öncəsi enişə gedir. Sanki bir trassda iki müxtəlif yol var", - deyə Qrojna bildirib.
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











