Sola dönmə manevrini hansı terayektoriya üzrə edə bilər? - DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevr qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Sürücü sola dönmə manevrini hansı terayektoriya üzrə edə bilər?
A) Yalnız 1-ci terayektoriya üzrə;
B) Yalnız 2-ci terayektoriya üzrə;
C) Hər iki terayektoriya üzrə
Sualın doğru cavabı belədir: «Yol hərəkəti haqqında» Qanunun 42-ci maddəsinin VI hissəsinə əsasən, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Sürücü sola dönmə manevrini yalnız 1-ci terayektoriya üzrə edə bilər.
Suala ilk doğru cavabı Cavad adlı oxucumuz verib. Onu təbrik edirik. Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur.
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN














