Sürücü hansı istiqamət üzrə hərəkət edə bilər? - DOĞRU CAVAB

Avtosfer.az manevr qaydası ilə bağlı yeni sualı və qalib olmuş şəxsin adını oxuculara təqdim edir:
Sürücü yolayrıcında göstərilmiş hansı istiqamətlər üzrə hərəkət edə bilər?
1) A və C
2) A, C və B
3) A, C və D
4) A, C və E
5) Bütün istiqamətlərə
Doğru cavab: 1) A və C
İzah: Sürücü birtərəfli yolda hərəkət etdiyi üçün E və D trayektoriyası ilə geriyə dönə bilməz. Çünki əks istiqamətdə hərəkət etmiş sayılacaq. Eyni zamanda sürücü sağ zolaqda yerləşdiyi üçün B trayektoriyası üzrə sola dönə bilməz. "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, sağa və sola dönən sürücü həmin istiqamətdə müvafiq kənar vəziyyət seçməlidir. Sürücü sola dönmək üçün kənar vəziyyət seçmədiyi üçün B trayektoriyası istiqaməti üzrə hərəkət edə bilməz. A və C trayektoriyası üzrə hərəkət tam qaydalar çərçivəsindədir.
Sualın ilk düzgün və izahlı cavabını verən Mahir Həsənov adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN











