Sürücü hərəkəti düzünə davam etdirmək üçün nə etməlidir? - DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nişanlanma xətləri və nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi və manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu vəziyyətdə sürücüsü hərəkətini düzünə davam etdirmək üçün nə etməlidir?
a) Sola dönən yük avtomobilini yol çiynindən istifadə etməklə sağdan ötərək hərəkətini davam etdirməlidir;
b) Sola dönən yük avtomobili yolu boşaltdıqdan sonra hərəkətini davam etdirməlidir;
c) Bunların hər ikisini edə bilər.
Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin II hissəsinə əsasən, sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Lakin həmin Qanunun 11-ci maddəsinin II hissəsi bu halda yol çiyni ilə hərəkətə icazə vermir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu vəziyyətdə sürücüsü hərəkətini düzünə davam etdirmək üçün sola dönən yük avtomobili yolu boşaltdıqdan sonra hərəkətini davam etdirməlidir.
Suala ilk doğru cavabı Elnur adlı oxucumuz verib. Onu təbrik edirik.
Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!
Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi











