Sürücü hərəkəti hansı zolaqla davam etdirməlidir? - YENİ SUAL
Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Yaşayış məntəqəsi ərazisində sürücü avtokranı keçdikdən sonra hərəkətini hansı hərəkət zolağı ilə davam etdirməlidir?
a) Sağ zolağa yerdəyişmə edərək hərəkətini bu zolaqla davam etdirməlidir;
b) Getdiyi zolaqda davam etdirməlidir;
c) Hər iki zolaqla davam etdirə bilər.
QEYD: Cavabları yalnız sualların altındakı xanada yazasınız.
Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Suala doğru cavab verib qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanacaq (Smsradar.az – 055 288 11 27).
Avtosfer.az saytı isə sualın qalibinə 5 manatlıq danışıq kartı hədiyyə edəcək. (0703351559)