Sürücü sağ hərəkət zolağına yerdəyişmə edə bilərmi? - YENİ SUAL
Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nişanlanma xətləri və nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydası ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Sürücü sağ hərəkət zolağına yerdəyişmə edə bilərmi?
a) Əgər yaxınlaşmaqda olan avtobus yoxdursa, edə bilər;
b) Sağdan ötmə qadağan olunduğundan edə bilməz;
c) Avtobuslara mane olmamaq şərtilə sağda dayanaraq sərnişin düşürmək məqsədilə edə bilər.
QEYD: Cavabları yalnız sualların altındakı xanada yazasınız.
Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Suala doğru cavab verib qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanacaq (Smsradar.az – 055 288 11 27).
Avtosfer.az saytı isə sualın qalibinə 5 manatlıq danışıq kartı hədiyyə edəcək. (0703351559)